Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının əziz xatirəsinə salınmış parkda aparılan əsaslı təmir işləri bu gün başa çatdlırılıb.
Qeyd edək ki, ötən il rayon ağsaqqallarının müraciətinə əsasən Xəzər RiH-in təşəbbüsü ilə həyata keçirilən əsaslı təmir işləri zamanı abidə və əbədi məşəl kompleksi ciddi şəkildə təmir edilərək mərmər lövhələrlə üzlənmiş, əraziyə gül kolları əkilmişdir.
ərazidəki çoxsaylı “Eldar şamı” ağacları budanmış, bəzi ərazilərə əlavə olaraq əklimiş, habelə sakinlərin istirahəti üçün müasir söhbətkeşlər quraşdırılmışdır.
Qeyd edək ki, Xəzər RiH başçısı Elşən Salahov mövcud şəraitdə yerli sakinlərə göstərilən yardımlarda , rayonda aparılan dezinfeksiya işlərində və əhalini narahat edən digər məqamlarda daim rayon sakinlərinin yanında olması ilə diqqəti çəkib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|